Bu gün yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib.
Hafta.az xəbər verir ki, sessiyada Naxçıvan Ali Məclisinin sədrinin müavinləri seçilib.
Deputat Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavini, Arzu Abdullayev isə müavini seçiliblər.
Qeyd edək ki, Ali Məclisə seçilən deputatlar sessiyadan öncə ilk olaraq Naxçıvan şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
***
Bu gün yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləcək.
Hafta.az xəbər verir ki, toplantıda təşkilati məsələlərə baxılacaq.
Ali Məclisə seçilən deputatlar sessiyadan öncə ilk olaraq Naxçıvan şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.